Qadin.NET / Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq


Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq.

Qadin.Net xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu yenilik nəqliyyat sisteminin texniki və texnoloji inkişafının vacib istiqamətlərindəndir.

M.Ağayev qeyd edib ki, bu layihənin icra müddəti barədə danışmaq hələ tezdir.

Şöbə müdiri bu sahədə başqa yeniliklərin də olduğunu deyib. "BakıKart"ın onlayn yüklənməsi də yeniliklər arasındadır.

14 iyun 2017
GO BACK