Qadin.NET / Latın Amerikasının ən çox qazanan prezidentləri – SİYAHI

Latın Amerikasının ən çox qazanan prezidentləri – SİYAHI

Latın Amerikasının ən çox qazanan prezidentləri – SİYAHI


Latın Amerikası ölkələrinin dövlət başçıları arasında ən çox maaş alan Qvatamela prezidenti Cimmi Moralesdir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Qvatamela hökumətinin rəsmi məlumatına əsasən, Morales bir aya 19,3 min ABŞ dolları məbləğində məvacib alır, bu isə ölkədəki minimum əmək haqqından əlli dəfə çoxdur. 2016-cı ildə Morales bəyan etmişdir ki, dövlət başçısı vəzifəsində əldə etdiyi gəlirin 60%-ni xeyriyyə işinə xərcləyəcək.

İlk beşlikdə Moralesdən sonra Çilinin prezidenti Mişel Baçalet (14,9 min dollar), Meksika prezidenti Enrike Penya Nyeto (13,8 min dollar), Uruqvayın dövlət başçısı Tabare Vaskes (11,6 min dollar) və Kolumbiya lideri Xuan Manuel Santos (11,3 min dollar) qərarlaşıb.

Peru, Honduras, Venesuela, Boliviya və Nikaraqua kimi ölkələrin prezidentləri bir aya beş min dollardan az əmək haqqı alırlar. Ən "kasıb" dövlət başçısı isə Nikaraquanın prezidenti Daniel Orteqadır. Onun bir aylıq maaşı 3,2 min dollar təşkil edir.

14 iyun 2017
GO BACK