Ötən gün Elmlər bağında Maksim Qorkinin "Mən necə oxumuşam" adlı bioqrafik kitabı təqdim edildi. Bu kitab 10 yaşdan yuxarı bütün şəxslərin oxuması üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu kitab xeyriyyə məqsədi ilə təkrar nəşr edilib və təqdimatda hər iki kitab alan Qubanın dağ kəndlərində yaşayan uşaqlara bir kitab bağışlamış oldu.
"Mən necə oxumuşam" kitabı "Kitabsevərlər" qrupunun nəşr etdiyi sayca 15-ci kitabdır. Bundan əvvəl "İsmayıl", "Biz Saltkrok adasındayıq", "Şəhrizad", "Həyatın qanunu", "Bülbülü öldürmək", "Qonşu evin işıqları" , "Uzaqda ucalan dağlar" və bu kimi başqa kitabları geniş oxucu kütləsinə təqdim edib.