Vaşinqtonda özəl məktəbin direktoru Diana Smit yay tətilində smartfon və planşetlərdən uzaq duran hər bir uşağa 100 dollar verəcəyini vəd edib.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, buna qədər direktor həftənin hər ikinci gününü texnikasız gün elan edibmiş. Niyyəti uşaqları yavaş-yavaş telefon və internet asılılığından uzaqlaşdırmaqdır.
"Şəxsən uşaqların belə yolla ələ alınmasını heç sevməmişəm. Amma indi başqa çarəm yoxdur. Onları internet asılılığından heç cür çıxarmaq olmur", - deyə direktor bildirib.
Diana Smit bildirib ki, 2008-ci ildən bu məktəbə rəhbərlik edir və hər il keçdikcə uşaqların real həyatdan necə qopduğunu görür. Onun sözlərinə görə, bütün günü, hətta gecəni internetdə keçirən uşaqlar səhər dərsdə yatırlar.
Milli.Az