Qadin.NET / Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz!

Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz!

Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz!


Yayda insanların əksəriyyəti dənizdə, çimərliklərdə dincəlməyə üstünlük verir. Son elmi araşdırmalar göstərib ki, günəş vannaları çox faydalıdır, immun sistemini möhkəmləndirir, insanın həyatını uzadır.

Lakin bu sağlam və müəyyən qaydalara riayət edən insanlara aiddir. Bəzi xəstəliklər zamanı günəş əksinə xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
Qadin.Net Voicepress.az-a istinadən bildirir ki, gündə qaralmaq bu kimi xəstəliklər zamanı əks göstəriş sayılır:
- hipertoniyanın ağır formaları. Günəş vannaları hipertonik krizin inkişafının riskini artırır.
- işemiya xəstəliyi. Günəş vannaları stenokardiya tutmasına və hətta infarkta səbəb ola bilər. Yüksək hərarət ürəyə düşən gərginliyi artırır və bu da pozulmaların riskini artırır.
- varikoz xəstəliyi
- istənilən qalxanvari vəzi xəstəlikləri. Xüsusilə bu hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı vacibdir. Gün şüaları qalxanvari vəzinin fəaliyyətini artırır və bu da xəstəliyin ağırlaşmasına səbəb olur.
- şəkərli diabet
- nevroz, nevrasteniya, psixiki pozulmalar
- istənilən xoş və bədxassəli şişlər. Günün təsirindən şiş hüceyrələrinin inkişafı sürətlənə bilər.
- qadınlarda mioma, mastopatiya
- bəzi dəri xəstəlikləri (psoriaz, dəmirov, dəridə civzələr həddindən artıq çox olduqda və s.)

- göz xəstəlikləri (katarakta və s.).

 

 

10 iyun 2017
GO BACK