Qadin.NET / Lavrovdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Başqa yol yoxdur"

Lavrovdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Başqa yol yoxdur"

Lavrovdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Başqa yol yoxdur"

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

S.Lavrov bildirib: "Yalnız danışıqlar, başqa yol yoxdur. Bir neçə dəfə problemin danışıqlar yolu ilə həlli yaxın olub, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar baş verdi. Amma işlər davam etdirilməlidir".

Rusiya XİN rəhbəri qeyd edib ki, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Amma biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir və biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu çərçivədə onlar arasında hələ də razılaşdırılmayan xırda, lakin çox ciddi detalları həll etməyə çalışırıq".

Milli.Az

7 iyun 2017
GO BACK