Qadin.NET / Ramazan ayında səfərə çıxmaq olarmı?

Ramazan ayında səfərə çıxmaq olarmı?

Ramazan ayında səfərə çıxmaq olarmı?

Ramazan orucu insanın Allah qarşısında hər il yerinə yetirməli olduğu bir aylıq fürsətdir. Əsl möminlər Ramazan ayının gəlişini səbirsizliklə gözləyir, bu ayın bərəkətindən faydalanmağa can atırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Ramazan ayında ehtiyac olmadan, gəzinti və ya istirahət məqsədi ilə, eləcə də, orucluqdan qaçmaq üçün səfərə çıxmaq məkruhdur (bəyənilmir), amma günah deyil. Səfərə çıxan adam (müsafirin şərtlərinə cavab verirsə) oruc tutmaqdan azaddır, lakin sonra tutmadığı orucları mütləq qəza etməlidir. Əlbəttə, çox zəruri səbəb üzündən səfərə çıxmağın maneçiliyi yoxdur və bu işdə məkruhluq görünmür.

Milli.Az

7 iyun 2017
GO BACK