Qadin.NET / Niyə kosmosda alkoqol qəbul etmək olmaz?

Niyə kosmosda alkoqol qəbul etmək olmaz?

Niyə kosmosda alkoqol qəbul etmək olmaz?

Planetimizdən kənara minlərlə kilometr səyahət, heç də asan iş deyil. O, stresslə dolu və qorxuludur. Elə isə, niyə yerdən ayrılmağa bir gün qalmış kosmonavt azca sərxoş olmasın?

Təəssüf ki, kosmos səyyahlarına alkoqol ilə boğazını azacıq yaşlamaq, onları Beynəlxalq Kosmik Stansiyası kimi yerlərə təqdim edən dövlət agentlikləri tərəfindən qadağandır.

Milli.Az BBC-yə istinadən bildirir ki, tezliklə adi insanların da sivil səyahət şəklində Marsı görmək və müstəmləkəyə çevirmək şansı olacaq.

Onların uzun illər çəkəcək səyahəti spirtli içki icazəsi şübhəsiz ki olmalıdır.

Və ya ən azından həmin planetdə, evdə içki hazırlamaq üçün işə yarayan ləvazimat olmalıdır.

Buzz Aldrin Aya ayaq basan ikinci insan olsa da, orada şərab içən ilk şəxsdir

Əslində içki, kosmos səyahəti ilə heç vaxt üst-üstə düşməyib.

Gəlin, alkoqol qəbul edən astronavtın başına nə gələ biləcəyinə nəzər salaq.

Geniş yayılmış bir fikir mövcuddur ki, yüksək təzyiqdə hərəkət etmək insanın başını daha çox gicəlləndirir. Məntiqli olaraq orbitdə alkoqol içməyin insana qəribə təsir göstərəcəyini düşünürük.

Lakin, bu təsəvvür yanlış ola bilər.

Bu mifin doğru olmadığı hətta, 1980-ci illərdə müəyyənləşib. 1985-ci ildə ABŞ Federal Aviasiya Administrasiyası, dəyişən təzyiqdə qəbul olunan alkoqolun çətin tapşırıqların icrasına təsiri ilə bağlı araşdırma aparır.

Araşdırmada iştirak edən 17 kişidən həm yer səviyyəsində, həm də yerdən 3.7 kilometr hündürlükdə olan təzyiqə malik bir otaqda araq içmələri istənilir.

Sonra isə onlara məntiqi riyaziyyat və başqa tapşırıq və testlər təklif olunur. Araşdırmaçılar müəyyənləşdiriblər ki, "alkoqol və yüksəklikdən asılı olmayaraq tapşırıqların icrasında fərq yoxdur".

Demək ki, uçarkən daha tez sərxoş olmaq təsəvvürü əfsanədir?

Potsdamda yerləşən New York Dövlət Universitetinin sosiologiya üzrə fəxri professoru və 40 ildən çoxdur ki, içkini araşdıran Dave Hanson-a görə hə.

"Düşünmürəm ki, bu [kosmosda alkoqol qəbul etmək] fərqli olsun," o deyir.

O zənn edir ki, hündürlük ürəkbulanması, içkidən sonra yatıb ayıldıqda yaşanan hissə və məstliyə bənzəyir.

"Əgər insanlar adekvat şəkildə basqıya məruz qalmasalar, özlərini məst hiss edə bilərlər," Hanson söyləyir.

İnsanların təyyarədə daha tez sərxoş olduğunu söyləməsi əksinə, sadəcə "düşün-iç" təsiri ola bilər. Bu təsir, illər ərzində dərindən araşdırılıb.

Belə ki, insanlar sərxoş olduqlarına inandıqlarına görə, sərxoş kimi davranırlar.

"Əgər təyyarədə uçan bir nəfər, hər hansı səbəbdən alkoqolun ona təsir edəcəyinə inanırsa, bu başına gələcək," Hanson deyir.

Belə isə, BKS-də azacıq boğazını yaşlamaq problem olmamalıdır, elə deyilmi? Xeyr.

"Alkoqolun qəbulu Beynəlxalq Kosmik Stansiyasında qadağandır," Nasanın Johnson Kosmos Mərkəzinin sözçüsü Daniel G Huot deyir.

"Alkoqol və başqa uçucu maddələrdən istifadə BKS tərəfindən ona görə nəzarətdədir ki, onların tərkibi stansiyanın su bərpa sisteminə təsir göstərə bilər."

Bu səbəbdən kosmik stansiyadakı kosmonavtlar alkoqol tərkibli məmulatlar verilmir: ağız yuyucu vasitə, ətir və ya taraş sonrası balzam. Eyni zamanda, məsələn, pivə dağılaraq avadanlığı zədələyə bilər.

Sınaqlar göstərib ki, yüksəklikdə alkoqolun insana təsiri anlayışı yanlışdır

Bundan başqa, məsuliyyət məsələsi var.

Biz maşın sürücüləri və ya pilotların içkili vəziyyətdə sükan arxasına keçməsinə icazə vermirik.

Heç təəccüblü deyil ki, eyni qayda astronavtlara şamil olunur.

Bununla belə, 2007-ci ildə Nasa tərəfindən yaradılan müstəqil komissiya, astronavtların sağlamlığı ilə bağlı məruzəsində bildirib ki, agentliyin tarixi boyunca ən az iki astronavt uçuşdan öncə kifayət qədər içkili olub, amma, uçuşa buraxılıblar.

Nasanın təhlükəsizlik rəhbəri tərəfindən iddia üzrə aparılan sonrakı yoxlamada iddiaları əsaslandıran heç bir dəlilə rast gəlinmir.

Kosmonavtlara tam ayıq olsunlar deyə uçuşdan 12 saat öncə alkoqol qəbul edilməsi qadağandır.

Bu qaydanın səbəbi isə aydındır. Elə 1985-ci il araşdırmasında tədqiqatçılar müəyyənləşdiriblər ki, hər bir damcının belə təsiri var.

Hündürlükdən asılı olmayaraq alkoqol qəbul edənlərin nəfəs ölçmə nəticəsi eyni idi.

Onların fəaliyyət göstəricisi də bərabər idi, lakin, hündürlükdə plasebo qəbul edənlər dəniz səviyyəsində plasebo qəbul edənlərdən daha pis nəticə göstərmişdilər.

Belə görünür ki, alkoqolun qəbulundan asılı olmayaraq, hündürlük əqli fəaliyyətə təsir göstərə bilər. Araşdırma belə bir nəticəyə gəlib ki, bu, "alkoqolun qəbulundan sonra, fəallığın təhlükəsiz səviyyədə davam etməsinin qarşısını almağa xidmət edir".

Pivə kimi köpüklü içkilərdən qaçmaq üçün başqa bir səbəb də var. Belə ki, cazibə qüvvəsi olmadan maye və qazlar astronavtın mədəsində fırlanaraq islaq qaz buraxma ilə nəticələnə bilər.

Fəqət, ciddi qaydalar, kosmosdakı insanların heç vaxt qıcqırdılmış maye qəbul etmədikləri anlamına gəlmir.

BKS bununla bağlı çoxlu təcrübələr aparsa da, heç bir astronavt çox miqdarda alkoqol qəbul etməyib. Buna görə də insan bədəninin kosmosda tam sərxoşluğa necə reaksiya verəcəyi bəlli deyil.

"Biz, astronavtların bədənlərinin fəzada dəyişməsi ilə bağlı müxtəlif araşdırmalar aparırıq, buraya mikrob səviyyəsi də daxildir," Nasanın mətbuat katibi Stephanie Schierholz deyir.

"Və bədənin sağlam qalması üçün güclü bəslənmə proqramımız var. Skylab layihəsi üçün astronavtlara xeres (şerri) içkisi göndərilməsi nəzərdə tutulsa da, bu, sıfır çəkili uçuşlarda yaxşı nəticə verməyib."

Schierholz əlavə edir ki, sınaqlarda xeres "tıxac refleksinə təkan verib və ictimai qınağa da səbəb olub".

Rusiyanın Mir Kosmik Stansiyasında astronavtların kiçik ölçüdə konyak içmək icazəsi var imiş

Ən təəccüblüsü isə Ayda içilən ilk maye şərab olub.

Buzz Aldrin müsahibələrində və kitabında qeyd edib ki, 1969-cu ildə Neil Armstrong ilə birgə Aya ayaq basmamışdan öncə az miqdarda şərab içib.

Nasanın alkoqol ilə bağlı ciddi qadağası olduğu halda, rusların əvvəllər bu barədə daha yumşaq davrandığı ortaya çıxıb.

Mir kosmik stansiyasındakı kosmonavtların az miqdarda konyak və araq içmək icazə var imiş. Deyilənlərə görə, BKS-da "susuz" qalacaqlarını eşidən rusiyalı kosmonavtlar öz aralarında şikayətlənibmişlər.

Qəribə olsa da, spirtli içki BKS-a yenidən yol tapa bilib.

2015-ci ildə Yaponiyanın pivə şirkəti Suntory - şirkətin şəxsi Qlobal İnnovasiya Mərkəzi mövcuddur - bəzi mükafat qazanmış viskilərini kosmik stansiyaya yollayır.

Bu, "çəkisizlik mühitində spirtli içkilərdə mülayimliliyin inkişafı" ilə bağlı təcrübənin bir hissəsi idi.

Başqa sözlə, içki çəkisizlik şəraitində daha fərqli yaşlana bilər və nəticədə daha yaxşı dad bəxş edə bilər. Və bu, yəqin ki, planetimizdəki araq çəkmə zavodları üçün maraqlı bir mövzudur.

Bu sınaqdan bir neçə ilə əvvəl 2011-ci ilin sentyabrından 2014-cü ilin sentyabrınadək Nasa, viski və qıcqırma prosesində yardımçı rol oynayan kömürlənmiş palıd ağacının çəkisizlikdə təsirini öyrənmək üçün bir sınağı maliyyələşdirir.

Kosmosda təxminən 1000 gündən sonra, viskinin tərkibindəki tanninlər dəyişməz qalır. Lakin, kosmos taxta parçaları, liqninin səviyyəsi azaldığına görə məhsullara daha yaxşı dad bəxş edir.

1975-ci ildə Apollo/Soyuz ekipajı birləşən zaman amerikalı astronavtlar Tom Stafford və Deke Slayton-a araq təqdim olunur

"Bu müşahidənin təkcə viski sənayesi deyil, həm də ümumiyyətlə qida və içki sənayesinə təsiri var," Nasa bildirib.

"BKS-dakı və yoxlanılan nümunələr arasındakı dad fərqi göstərir ki, əmələ gələn dadların yaranmasını tədqiq etməyə ehtiyac var."

Yəni, astronavtlara orbitdə spirtli içki qəbul etmək qadağan olsa da, onların gördükləri iş yerdə içilən içkilərin keyfiyyətini artıra bilər.

Marsa təşkil olunan missiyalar insanları evlərindən aylar yox, illərlə uzaq saxlayacaq. Yəqin ki, içki ilə bağlı qaydaları yüngülləşdirməyə ehtiyac olacaq.

Hanson kimi mütəxəssislər isə alkoqolun qadağasında heç bir ziyan görmürlər. Praktiki təhlükəsizlik qayğılarından əlavə, alkoqol başqa çətinliklər də törədə bilər.

Hanson düşünür ki, insanlar arasındakı sosial-mədəni fərqlər, alkoqollu içki qəbulunu daha da problemli edə bilər.

Aldrin-n birlik fincanı yerə çata bilib

"Bu, siyasi məsələdir. Bu, mədəni məsələdir. Bu, elmi bir məsələ deyil," o deyir.

"Mədəni fərqlərinə görə ona fərqli yanaşan şəxslər üçün içki, potensial konfliktin carçısı ola bilər."

Müsəlmanlar, Mormonlar və ya heç vaxt spirtli içki qəbul etməyənlər ilə kosmik səfəri paylaşsanız necə?

Qeyri-müəyyən vaxt kəsiyi ərzində mədəni baxışlar arasında ahəngliyi öncədən müəyyənləşdirmək lazımdır, Hanson təkidlə bildirir.

Görünür ki, astronavtlar orbitdə əhvallarını yaxşılaşdırmaq üçün spirtə yox, pəncərədən açılan mənzərəyə bel bağlamalıdırlar.

Onların dönüşünü qeyd etmək üçün kifayət qədər şampanı təmin etmək isə yerdəkilərin - bizim boynumuza düşür.

Ayda qurtumlanan şərabdan tutmuş kosmik stansiyada içilən viski də daxil olmaqla, kosmik səyahət ilə alkoqol arasında uzun və mürəkkəb bir münasibət mövcuddur.

Milli.Az

4 iyun 2017
GO BACK