Qadin.NET / Bu qəbiristanlıqda ölülərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə dəfn edilib

Bu qəbiristanlıqda ölülərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə dəfn edilib

Bu qəbiristanlıqda ölülərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə dəfn edilib

Qəbirlərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə doğru baxır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Göygöl rayonunun əsas və ən böyük qəbiristanlığındakı bu vəziyyət illərdir dəyişmir. Hətta doğmaları burda dəfn olunanlar da vəziyyətlə barışmağa məcbur olub.
20 ildir qəbirisanlığın gözətçiliyini edən Vaqif Qədimov deyir ki, yanlışlığa əsasən köhnə - sovet vaxtına aid qəbirlərdə rast gəlinir. Ancaq təəssüf ki, bəzən yeni qəbirlər də onların yaxınlığında yerləşən qəbirlər kimi qiblədən yayınır.
Rayon sakinləri bu durumdan məmnun görünməsələr də, vəziyyəti düzəltmək səlahiyyətinin din xadimlərinə aid olduğunu bildirirlər.
Gəncə Şah Abbas məscidi dini icmasının sədri Hacı Əlisəftər Səfərəliyev deyir ki, İslam dininə görə ölünün üzü qibləyə dəfn olunması Quranın tələbidir. Göygöl qəbiristanlığında həmin vəziyyətin yaranması isə sovet dövrünə təsadüf edir.
Din xadimi deyir ki, belə yanlışlığı dəfn zamanı molla müdaxilə edərək düzəldə bilər və düzəltməlidir. Ölülərin yanlış istiqamətə dəfni isə gələcəkdə daha ciddi tarixi mübahisələrin yaranmasına əsas verə bilər.

Milli.Az

4 iyun 2017
GO BACK