Qadin.NET / Bu çimərliklər insan sağlamlığı üçün təhlükəlidir - SİYAHI

Bu çimərliklər insan sağlamlığı üçün təhlükəlidir - SİYAHI

Bu çimərliklər insan sağlamlığı üçün təhlükəlidir - SİYAHI

Çimərliklərdə aparılan monitorinqin nəticələri açıqlandı.

Milli.Az bildirir ki, Bakı və Sumqayıtdakı bəzi çimərliklərin insan sağlamlığı üçün təhlükəli olduğu məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin açıqlamasına görə, əsasən şərti patogen bakteriyalar qrupuna aid olan mikroblar insan sağlamlığı üçün ciddi problemlər yarada bilər.
Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir. Bu ərazilərdə sahil boyu 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğunun quraşdırılması ilboyu dəniz suyunun çirklənməsinə nəzarət etməyə imkan verib.
Qurumdan onu da bildirdilər ki, monitorinqlər çimərlik mövsümünün sonuna qədər mütəmadi olaraq həyata keçiriləcək. /xezerxeber.az

Milli.Az

3 iyun 2017
GO BACK