Qadin.NET / Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin - TƏKLİF

Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin - TƏKLİF

Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin - TƏKLİF

Qadağan olunan dərman vasitələrinin sosial şəbəkələrdə reklamının aparılması ilə bağlı monitorinqin keçirilməsi təklif edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

M.İbrahimqızı qeyd edib ki, bu gün sosial şəbəkələrdə qadağan olunan dərmanların reklamı aparılır. Ancaq buna qarşı heç bir addım atılmır: "Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır".

Milli.Az

2 iyun 2017
GO BACK