"Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.
Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib:
"Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz".
Milli.Az