Qrossmeyster, Rusiya İctimai Platasının üzvü Sergey Karyakin siyasətçilərə şahmatla məşğul olmağı, oyun prosesində beynəlxalq münasibətləri qaydaya salmağı təklif edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, S.Karyakin şahmatın, ümumilikdə idmanın dövlətlər arasında münasibətlər üçün, ölkələr və siyasətçilər üçün çox faydalı olduğunu hesab edir:
"İstərdim ki, bütün siyasətçilər şahmat oynasın və idmanla məşğul olsun".
Milli.Az