Qadin.NET / Ən yaxşı ağrı kəsici tapıldı

Ən yaxşı ağrı kəsici tapıldı

Ən yaxşı ağrı kəsici tapıldı

İngiltərədə aparılan araşdırmaya görə, "Müsbət düşünərək" bədəndə hiss edilən ağrıları azaltmaq mümkündür.

Ağrının səbəb olduğu mənfi fikirlərlə vuruşan insanlar 60% daha az ağrı hiss edir.
Redinq Universitetində aparılan araşdırmaya qatılan 21-38 yaş arası 34 qadın və kişini iki qrupa ayıran ekspertlər, qruplardan birinə 5 dəqiqə ərzində Xüsusi Davranış Terapiyası (CBT) tətbiq edərək ağrının səbəb olduğu mənfi fikirlərlə mübarizə aparmağı öyrətdi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, daha sonra bütün fərdlərin qollarına yanma hissi yaradan termal lentlər yapışdıran tədqiqatçılar, bütün fərdlərdən hiss etdikləri ağrı hədlərini müəyyən etdi. Təcrübə nəticəsində "müsbət düşünməyi" öyrənən fərdlərin, digərləri ilə müqayisədə 60 faiz daha az ağrı hiss etdiyi müəyyən edilib.
Təcrübədən əvvəl CBT olunan fərdlərin dərilərində termal lentlərin yapışdırıldığı yerdə yaranan həssaslığın daha səthi olduğu müşahidə olunub. Araşdırma Pain adlı elmi jurnalda dərc olunub.

Milli.Az

2 iyun 2017
GO BACK