"Yeşilçam" ulduzu Hülya Koçiyitin nəvəsi Aslışah Alkoçlar qaradərili küçə musiqiçisinə min dollar bəxşiş verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, uqandalı gəncin Taksimdə türk dilində mahnı oxuduğunu görən Aslışah ayaq saxlayaraq onu dinləməyə başlayıb.
Koray Avcının "Hoşgeldin" mahnısını türkcə səsləndirən Benjamin onun çox xoşuna gəlib və səxavətini ondan əsirgəməyib.
Bu barədə İnstaqram-da yazan Alkoçlar "Halal olsun, qürur duydum" yazıb.
Qeyd edək ki, Aslışah, eyni zamanda, aktyor Engin Altan Düzyatanın baldızıdır.
Milli.Az