Qadin.NET / "Nissan" 42 mindən çox avtomobili geri çağırıb

"Nissan" 42 mindən çox avtomobili geri çağırıb

"Nissan" 42 mindən çox avtomobili geri çağırıb

"Nissan" şirkəti Rusiyada 42 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar avtomobilin kuzovunun arxa şüşəsində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin noyabrından 2015-ci ilin iyununadək Rusiyada satılmış "Almera" modellərinə şamil olunur.

Həmin avtomobillərdə arxa şüşənin kuzovdan aralanması kimi qüsurlar meydana çıxıb.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Milli.Az

1 may 2017
GO BACK