Qadin.NET / Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı

Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı

Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı

Əlcazairdə xəstənin yumurtalığından çəkisi 37 kq olan xoşxassəli şiş xaric olunub.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, adətən belə şişlərə nadir hallarda rast gəlinir və əksər hallarda onlar həkimlərə gec-gec gedən qadınlarda aşkar olunur. Şiş böyüdükcə qadının qarnı böyüyür və bu da kökəlmə, artıq çəki kimi qiymətləndirilir. Lakin yumurtalıq şişi zamanı qadının qarnı qeyri-proporsional olur.

2013-cü ildə Banqalorda (Hindistan) çəkisi 57 kq olan yumurtalıq şişi xaric olunub. Ən böyük belə şiş isə 1906-cı ildə Texasda (ABŞ) aşkar olunub. Onun çəkisi 149 kq idi.

Milli.Az

28 may 2017
GO BACK