Qadin.NET / İlandan hazırlanan alkoqollu içkilər

İlandan hazırlanan alkoqollu içkilər

İlandan hazırlanan alkoqollu içkilər

Qeyri-adi inanclara görə cənub-şərqi Asiyada ilanlar insanlar üçün dəyərlidir. Onlar ilanlardan yeməklərdə və şərabların hazırlanmasında istifadə edirlər.

Milli.Az sizə ilanlardan hazırlanan şərablar haqqında maraqlı faktları təqdim edir:

Eddie Lin "İfrat Mətbəxi" adı altında dünyanın ən qeyri-adi yeməklərindən bəhs edən bloqun sahibidir. Eddi ilk dəfə ilanlı şərabı 16 il əvvəl sınayıb. Bu şərabı ona dostu Honq Konqda yerləşən şərab evlərindən birindən almışdı.

Eddi bu şərabı ilk dəfə görəndə şüşənin içindəki kobranın sanki hücuma hazır vəziyyətdə gözləməsi diqqətini çəkmişdi. Şərabın dadına baxan Eddi Lin bloqunda ilanlı şərabın dadını belə xarakterizə edir: "Düyü, balıq, toyuq kimi normal bir dad verir".

Eddi təkcə içində ilan olan şərabın dadına baxıb. Bu şərablara daha qeyri-adi dad qatmaq üçün jenşen, canavar üzümü, qurudulmuş əqrəb, soxulcan, qurudulmuş milçək və bir sıra başqa quru bitki və ədviyyatlar da əlavə olunur.

Çinin ənənəvi müalicə üsullarına görə ilan kişilərin cinsi gücünü artırır, saç tökülməsinin və revmatizmanın qarşısını alır. Bu səbəbdən Asiya mətbəxində yeməklərin əksəriyyətinin tərkibində ilan olur.

Alkoqollu içkilərdən çox istifadə edən insanlar bəzən təzə ilanın başını kəsib qanını və yağını şəraba töküb elə içirlər. Onlara görə təzə ilan orqanizmə daha faydalıdır, nəinki illərlə spirt içərisində saxlanılan ilanlar.

İlanın tərkibindəki zəhərin təmizlənməsi üçün onu spirtlə dolu şüşənin içərisində 6 aydan az olmamaq şərti ilə saxlayırlar.

2010-cu ildə Sidney Universitetində aparılan bir araşdırmada "ilan şərablarının" əsrlərdir davam edən ənənəni qoruyaraq cənub-şərqi Asiyadan sonra, Qərbə də geniş yayıldığı müəyyən olunub.

Şərab üçün Taypeydə İlan dərəsi kimi tanınan məşhur bazar var. Turistlərin ən çox ziyarət etdikləri yerlərdən olan Huaxi küçəsi satıcıların insanların gözü önündə ilanları öldürməsindən sonra ziyarətsiz qalıb. Turistlər bu ərazilərdən uzaq durmağa üstünlük verir.

Çox nadir rast gəlinsə də, bəzi ilanlar qış yuxusuna gedir. Şərabların hazırlanmasında ilan seçərkən buna diqqət etmək lazımdır. Yanlışlıqla qış yuxusuna gedən ilanlardan istifadə olunarsa, havasız qalan şüşələrin ağzı açıldıqda ilan yuxudan ayılaraq insanı sanca bilər.

2013-cü ildə oynaq ağrılarından əziyyət çəkən qadının dostunun məsləhəti ilə internetdə izah edilən üsullarla ilan şərabı hazırladığı haqqında xəbərlər yayılmışdı. Qadın şərabın hazırlanmasında gürzə ilanından istifadə edib. İlan uzun müddət yatıb və şüşənin ağzını açan qadın bir anda ilanın hücumuna məruz qalıb. (publika.az)

Milli.Az

27 may 2017
GO BACK