Qadin.NET / Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir

Sabah 11 ayın sultanı, müqəddəs Ramazan ayı başlayır. Din xadimləri insanların ruhlarını təmizləmələri üçün Ramazan ayını bir fürsət hesab edirlər. Bu ayı daha faydalı keçirmək üçün nələr etmək lazımdır?

On bir ay bədən qidalanır, ruh isə ac qalır. Ramazan ayı məhz ruhun qidalanması və onun təmizlənməsi ayıdır. Sabah möminlər ilk orucla Ramazan ayına başlayacaqlar.
Din xadimləri insanların ruhlarını təmizləmələri üçün Ramazan ayını bir fürsət hesab edirlər.

Milli.Az bildirir ki, Ramazan ayında insanlar dinin qadağan etdiyi şeylərdən uzaq qalmaqla təkcə yaşadıqları çevrədə hörmət və etibar qazanmaqla kifayətlənmir, eyni zamanda mənəvi baxımdan Allah qatında da yüksəlirlər.

Müqəddəs ramazan ayı təkcə insanın özünü kamilləşdirməsi üçün atdığı addımlarla məhdudlaşmır. Bu ay hər kəsə kömək əli uzatmaq və cəmiyyətin bütün fərdlərinin bir-birləri ilə bütünləşmə ayıdır.

Ramazan ayı həmçinin bütün dünyada sabitliyin və əmin-amanlığın daha çox hiss olunduğu aydır. /xezerxeber.az

Milli.Az

26 may 2017
GO BACK