Qadin.NET / Oturaraq ən çox pul qazanan 16 peşə sahibi

Oturaraq ən çox pul qazanan 16 peşə sahibi

Oturaraq ən çox pul qazanan 16 peşə sahibi

Bəzi insanlar oturaq işə nifrət edir və masa arxasında əyləşib bütün günü monitora baxmaq onlara sıxıcı görünür. Elə insanlar da var ki, bu  az hərəkətli həyat tərzini sevir. Xüsusi ilə də bu həyat tərzi onlara böyük gəlir qazandırır.

Business Insider və O*NET analitik saytı,  ABŞ-ın Əmək Nazirliyinin məlumatlarını araşdırırb və ABŞ-da il ərzində 100 min dollardan çox qazanan "oturaq" işlərin siyahısnı tərtib ediblər.  Hər bir peşə, işdə nə qədər oturmaq tələb olunmasına əsasən 1-100 bal şklası üzrə qiymətləndirilib.

Beləliklə Banco.az sizə oturaraq, ən çox pul qazanan peşələri təqdim edir.

Aktuari

​Milli.Az banco.az-a istinadən bildirir ki, Aktuari maliyyə risklərinin həcmini və qeyri müəyyənlikləri analiz edir. Riskin ölçülməsi üçün onlar, riyaziyyat, statistika və maliyyə nəzəriyyələri biliyindən istifadə edirlər. Bu insanlar şirkətlərə və müştərilərə riskin dəyərini minimallaşdırmağa icazə verən strategiyalar hazırlamağa kömək edir. Onların işi sığorta sektoru üçün son dərəcə əhəmiyyətlidir.

Ekoekonomist

Ekoiqtisadçılar ətraf mühitin mühafizəsi və təbiət elementlərindən, məsələn su, hava, torpaq və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı iqtsadi təhlillər aparır.

Hüquqi - tənzimlənmə məsələləri üzrə menecer

İstehsal prosessinin planlaması, keçirilməsi və koordinasiyası ilə məşğul olur ki, bu prosess eksplutasiya standartlarına və qaydalarına cavab versin.

İnvestisiya fondlarının idarəedicisi

İnvestisiya fondlarının idarəedicisinin öhdəliklərinə investisiya strategiaylarının hazırlanması və planlaşdırılması, həmçinin müxtəlif fərdi investorlar və korporativ müştərilər tərəfindən fonda təqdim edilmiş iri həcmli aktiv vəsaitlərin idarəedilməsi ilə bağlı əməliyyatlar daxildir.

Riyaziyyatçı

Fundamental riyaziyyat sahəsində təhqiqatlar edir və riyazi texnikaların elm, menecment və digər sahələrdə tətbiqi ilə bağlı araşdırmalar aparır.

Sistem proqram təminatı tərtibatçısı

Müxtəlif proqramların yaradılması ilə məşğuldur. Onlardan bəziləri isə xüsusi tətbiqlər hazırlayır ki, bu isə istifadəçilərə kompüter və ya digər qurğularda, müxtəlif tapşırıqlar icra etməyə imkan verir. Bəziləri isə sistemlər hazırlayır ki, bu və ya digər qadcetlərin və ya şəbəkələrin işləmə prinspini müəyyən edir.

PR -menecer və ya fond raising üzrə menecer

PR - menecerlər kompaniyanın və ya müştərinin obrazının cəmiyyətdə dəstəklənməsi və ya möhkəmlənməsi üçün material hazırlayır. Fond-raising üzrə menecer kompaniyaya xeyriyyə vəsaitlərinin cəlb olunması üçün müxtəlif kampaniyaların keçirilməsini təşkil və koordinasiya edir.

 

İT sahəsində elmi əməkdaş

Bu əməkdaşlar hesablama texnologiyalarından istifadənin yeni metodlarını hazırlayır və ya mövcud təhqiqatlarda yeni innovasiyalar axtarır. Onlar biznes, tibb, elm və digər sahələr üçün mürəkkəb hesabalamaların asan həll yollarını axtarıb tapır

Aparat təchizatı menceri

Bu peşənin təmsilçiləri kompüter sistemləri və ya prossesor, çap maşınları, yaddaş qurğuları kimi avadanlqıları araşdırır, tərtib edir, testdən keçirir. Belə mühəndislər kompüter avadanlıqlarının yeni inkişaf istiqamətlərini müəyyən edir və bununla da texnoloji inkişafı stimullaşdırır.

 

Təzminat və imtiyazlar üzrə menecer

Şirkətin öz əməkdaşlarına ödəməli olduğu əməkhaqqı, təzminat və digər müavinətlərin həcmini müəyyən edən proqramları hazırlayır, nəzarət edir, planlaşdırır. Onlar, şirkətdə quvvədə olan pensiyaya çıxma planı, tibbi sığorta və digər imtiyazlara görə məsuliyyət daşıyır.

Hüquqşünas

Fərdləri, şirkətləri və hətta dövlət qulluqçalarını belə hüquqi məsələlər və mühabisələr ilə bağlı konsultasiya edir.

 

Aviadispetçer

Mülki (kommersiya ) aviaxətlərin uçuşlarının dövlət və korporativ qaydalara uyğun həyata keirilməsinə və təhlükəsiz olmasına nəzarət edir.

Hakimlər, beynəlxalq hakimlər

Onlar məhkəmdə ədaləti təmin edir. Onlar qanunlara istinad edərək cinayətkarlara hökm çıxarır, cərimələr müəyyən edir, bəzən ABŞ-da hətta nikah mərasimlərində iştirak edir və ya nikahın ləğvini rəsmiləşdirir.

 

Pilot, pilotun köməkçisi

Əsasən təyyarələri idarə edir, biz onların "uçduğunu" düşünsək də onların günləri daha çox oturmaqla keçir.  Həm sərnişin, həm də yük daşınması üzrə məsuliyyətli olurlar və əsasən öncədən müəyyən edilmiş qrafiklə uçurlar.

Neft mühəndisi

Neft mühəndisləri neft və qazın çıxarılması üzrə yeni metodlar və avadanlıqlar tərtib edir. Quyuların qazılması prosessini izləyir və texniki məsələlər üzrə konsultasiya edir.

Sistem administratoru

Sistem administratorları şirkətdə kompüterlərlə bağlı hər şeylə məşğul olur. Onlar təşkilatda informasiya texnologiyalarının gələcək inkişafı ilə plan hazırlamağa kömək edir və uğun kompüter sistemlərinə keçidə görə məsuliyyət daşıyır.

 

Milli.Az

26 may 2017
GO BACK