Qadin.NET / İşıq saçan bitki ixtira edildi

İşıq saçan bitki ixtira edildi

İşıq saçan bitki ixtira edildi

Çinli elm adamları işıq verən bitki hazırladı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ölkənin Yünnan şəhərində elm adamları tütün bitkisi ailəsinə daxil olan Nicotiana Benthamiana florasına dənizdə yerləşən bəzi mikroorqanizmlərin genlərini köçürdülər. Yeni genlər sayəsində bitkinin işıq saçdığı və bu parlaqlığın çox rahatlıqla görünə bildiyi müəyyən oldu.
 
Araşdırma qrupunun rəhbəri Duan Kanq, bitkiyə genetik mühəndisliyi sayəsində bu xüsusiyyətin verildiyini bildirərək, bitkinin daha çox işıq verməsi üçün araşdırmaların davam etdiyini bildirdi.
 
Ətrafı işıqlandıran bitkilər üçün geniş bir istifadə sahəsi olduğuna diqqəti çəkən Kanq, layihənin hədəfinin həmin bitkilərin şəhərlərdə işıq mənbəyi kimi istifadə edilməsi olduğunu qeyd edib.
 
Əgər bu yenilik baş verərsə, şəhərlərin işıqlandırma sistemləri tamamilə fərqlənəcək.

Milli.Az

26 may 2017
GO BACK