Nüfuzlu "Chemical Science" elmi jurnalının titul səhifəsində "Biocev" təhqiqat mərkəzinin mütəxəssisi, doktor İrji Yanatanın rəhbərliyi ilə avropalı mikrobioloqların yeni kəşfi barədə məlumat dərc edilib.
Milli.Az AMEA-nın saytına istinadən xəbər verir ki, alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək "Celin" adlı yeni antibiotik yaratmağa nail olublar.
Yeni maddə dərhal patentləşdirilib və mikroorqanizmlərin daha geniş qrupuna onun təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb.
Milli.Az