Qadin.NET / ABŞ Pxenyanı vuracaqmı? - Rusiyadan xəbərdarlıq

ABŞ Pxenyanı vuracaqmı? - Rusiyadan xəbərdarlıq

ABŞ Pxenyanı vuracaqmı? - Rusiyadan xəbərdarlıq

"ABŞ administrasiyanın indiki durumunu nəzərə alsaq, Pxenyanın raket sınaqları böyük narahatlıq doğurur".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbər müavini Frants Klintseviç deyib.

"ABŞ-ın qarmaqarışıq daxili vəziyyətini nəzərə alsaq, hər cür sürpriz baş verə bilər. Donald Trampın özünü təsdiqləmək üçün kiçik zəfərlərə ehtiyacı var. Təəssüf ki, Şimali Koreya bunun fərqində deyil. Biz hər şeyin yolunda getməsini istəyirik. Lakin alovla oynamaq, sonunda mənfi nəticələrə gətirib çıxara bilər. Rusiya bir neçə dəfə Vaşinqtonu və Pxenyanı xəbərdar edib", - Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, Şimali Koreya növbəti dəfə modifikasiyası bəlli olmayan və uçuş məsafəsi 500 km-ə çatan raket buraxılışını həyata keçirib.

Milli.Az 

22 may 2017
GO BACK