İlk cinslər 1850-ci ildə satılmağa başlayıb. Çox keçmədən Levi Strauss "Levi Strauss & Co" şirkətini yaradaraq fəhlələr üçün nəzərdə tutulmuş cins geyimlərin istehsalı ilə məşğul olmağa başladı. 1873-cü ildə isə Levi Strauss "fəhlələrin ciblərinə bıçaq, pul və saat qoya bilmələri üçün bretelsiz cins" hazırlmaqla bağlı patent aldı.
Milli.Az axşam.az-a istinadən cinslərlə bağlı 7 faktı təqdim edir:
1. İlk cinslər 1850-ci ildə Amerikada 1,46 dollara satılıb. Bu, ikixətli, parusindən hazırlanmış və çoxlu cibləri olan şalvar idi. Onları daha çox kaliforniyalı qızılaxtaranlar geyinirdi.
2. Qadınlar üçün ilk cinslər isə 1981-ci ildə hazırlanıb.
3. Cinslər ilk dəfə isə öz şöhrətini 1950-ci illərdə aktyor Ceyms Dinin ilk dəfə bu geyimdə ekrana çıxması ilə qazandı. Bundan sonar cinslər geniş populyarlıq qazandı.
4. XX əsrin ortalarında ictimai yerlərdə cins geyinmək qadağan idi.
5. Cins parçalarının 7 növü var. Valideynlərimiz xatırlayar: Kobud, tünd-göy cins parçalarını qiyməti səbəbindən indi tapmaq çətindir. Müasir cins parçaların istehsalında Çin böyük rol oynayır.
6. "Levi Strauss & Co" şirkətinin ilk dəri leyblı 1886-cı ildə buraxıldı: onda cinsi parçalamağa çalışan iki at şəkli təsvir olunmuşdu.
7. Bu gün cinsi, demək olar ki, bütün dünya brendləri istehsal edir. Hazırda cins-klyoş, skinni, ceqqins və "boyfriend cins" növləri daha geniş yayılıb.
Milli.Az