Müğənni Samira şöhrət və pula görə dostluq edənləri ifşa edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "ATV maqazin 10larla" verilişinə müsahibə verən sənətçi həmin insanlardan uzaq durduğunu bildirib:
"Şöhrət, ad, vəzifə xatirinə kiminləsə dostluq edənlərdən uzaq gəzirəm. Məni tanımayanlar elə bilirlər ki, soyuqqanlı biriyəm. Amma əslində elə deyil, mən sadə insanam. Sadəcə hər kəsi də yaxınıma buraxmıram. Kiminləsə dost edirəmsə, ömrümün sonunadək onunla dost olmalıyam".
İfaçı sənətdə dostunun olmadığını da söyləyib:
"Sənət aləmində mənə çox yaxın insanlar var. Amma dostum yoxdur".
Milli.Az