İngiltərədə yaşayan Cesika Veber adlı qız 15 ayda 84 kiloqram arıqlayaraq fotolarını sosial mediada yerləşdirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 173 kiloqramdan 89 kiloqrama düşən Cesikanın dərisi sallaq vəziyyətə gəlib.
Lakin bundan utanmayan və özü kimi arıqladıqdan sonra dərisinin eybəcər hala düşdüyünə görə çəkinən insanlara dəstək olan Veber bildirib:
"Çəki verən bəzi insanlarda bu problem olmur, amma mən o qədər şanslı deyiləm. Açıq olmaq istədim, çünki insanlara arıqladıqdan sonra nələr ola biləcəyini göstərmək istədim. Dəyişiklik edə bilərlər, ancaq dəri sallanması kimi problemlərlə qarşı-qarşıya qala bilərlər. İnsanlar qorxmasınlar. Çəki itirdikdən sonra meydana gələn görünüşlərindən də çəkinməsinlər".
Milli.Az