Qadin.NET / Azərbaycanlılar Qərbi Ukraynada asfalt zavodu açdılar

Azərbaycanlılar Qərbi Ukraynada asfalt zavodu açdılar

 

Azərbaycanlılar Qərbi Ukraynada asfalt zavodu açdılar

 

"Alov" şirkəti (Azərbaycan) Lvov vilayətinin Nikolayev şəhərində asfalt zavodunu istismara verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası xəbər yayıb.

İnformasiyaya əsasən, 18 hektar sahəni əhatə edən zavod mayın 17-də istismara verilib.

Müəssisənin layihə gücü - 100 ton asfalt/saat-dır.

Bildirilir ki, zavodun işə salınmasına investisiyalar 7 milyon avro təşkil edib.

Daha əvvəl bildirildiyi kimi, "Alov" MMC-nin əsas fəaliyyət istiqaməti yolların və avtomagistralların salınmasıdır.

Hüquqi və fiziki sahibkar şəxslərin reyestrinə əsasən, şirkətin, necə deyərlər, son söz sahibi Azərbaycan vətəndaşı Ziyəddin İsmayıl oğlu Əliyevdir.

Milli.Az

21 may 2017
GO BACK