Rusiyanın Yerin fəzasında olan süni peyklərindən biri sıradan çıxıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Resurs-P3" peyki Yerə informasiya ötürülməsini dayandırıb.
Qeyd olunur ki, peyk sonuncu dəfə Yerə fevral ayında görüntülər göndərib.
Peykin fəaliyyətində problemlər fevral-mart aylarında müşahidə olunmağa başlayıb. Məlumatda bildirilir ki, peykin Günəş batareyalarından biri açılmayıb.
Milli.Az