Bəstəkar Sevinc Tofiqqızı "Səni unutdum" adlı yeni mahnısını təqdim edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bəstənin sözləri şair Şəmsəttin Küzeciyə məxsusdur. Mahnını Çinarə Məlikzadə oxuyub.
S.Tofiqqızı bildirib ki, mahnı ilk dəfə ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişində səsləndirilib.
O, mahnının Türkiyədə bir neçə serialda da səsləndiriləcəyini əlavə edib.
Milli.Az