Qadin.NET / "Facebook"a şok cəza - 122 milyon $

"Facebook"a şok cəza - 122 milyon $

"Facebook"a şok cəza - 122 milyon $

Avropa İttifaqının inhisarçılığa qarşı tənzimləyici orqanı "Facebook"u 110 milyon avro (122 milyon dollar) məbləğində cərimələyib.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəb 2014-cü ildə "WhatsApp" messencerinin satın alınmasına hazırlıq barədə Avropa Komissiyasına yanlış məlumatın verilməsidir.
 
Araşdırma zamanı müəyyən edilib ki, "Facebook" satınalma barədə Avropa qurumlarına sorğu verərkən sosial şəbəkə istifadəçilərinin akkauntları ilə "WhatsApp" messencerini avtomatik birləşdirməyəcəyini bildirib. Halbuki 2 il sonra bu birləşməni reallaşdıran xidmət istifadəyə verib. Avropa Komissiyası hesab edir ki, 2014-cü ildə sosial şəbəkə ilə messencerin avtomatik birləşməsini təmin edən texnologiya var idi və "Facebook" rəhbərliyi bunu bilirdi. Komissiya cərimə məbləğini adekvat hesab edib və sosial şəbəkəni bundan sonra sui-istifadə hallarından çəkinməyə çağırıb.
 
"Facebook" isə bəyan edib ki, 2014-cü ildə Avropa Komissiyasına sənədlərini təqdim edərkən yol verdiyi yanlışlıq bilərəkdən olmayıb. 

Milli.Az

19 may 2017
GO BACK