Avropa Kosmik Agentliyinin astronavtı Toma Peska "Facebook" hesabında Azərbaycan haqqında status paylaşıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki,Peska "Azərbaycanda mükəmməl həndəsi sahələr" başlıqlı foto yerləşdirib. Foto onun izləyiciləri və digər istifadəçilər arasında böyük marağa səbəb olub.
Qeyd edək ki, Toma Peska hazırda 2016-cı ilin noyabr ayının 17-də start götürmüş "Soyuz MC-03" raketinin göyərtəsindədir.
Milli.Az