"Louis Vuitton" brendi 2018-ci üçün hazırladığı kruiz kolleksiyasının nümayişini keçirib.
Milli.Az The Sun-a istinadən bildirir ki, brendin kreativ direktoru Nikolya Jeskye nümayiş üçün çox qeyri-adi məkanı seçmişdi.
Şou Yaponiyanın Kioto şəhərindən cənub-şərqdəki Koka bölgəsində, Mixo Muzeyində olub.
Qonaqlar Şiqaraki dağına 24 saatlıq tura çıxıblar, sonra da 20 dəqiqəlik şouya baxıblar.
Nikolya Jeskye məşhur yapon dizayner Kansay Yamamotonun pərəstişkarıdır. Bu səbəbdən də "Resort" kolleksiyasındakı bir neçə geyimin üzərində Yamamotonun əsərlərindən printlər vardı.
Şounun əsas qonağı da elə Kansay Yamomoto olub.
Milli.Az