İkinci Dünya Müharibəsinin veteranı, 101 yaşlı Verden Hayes paraşütlə atılaraq yeni rekord vurub.
Milli.Az The Guardian-a istinadən bildirir ki, Somerset şəhərinin sakini olan Hayesin dəqiq yaşı 101 il 37 gündür. O, həyatında ikinci dəfə paraşütlə atılıb.
"Ötən il də paraşütlə tullanmışdım. Əvvəllər planerdə uçmuşam, qaçış üzrə Britaniya çempionu olmuşam", -101 yaşlı Hayes söyləyib.
İkinci rekordunda 101 yaşlı Hayesi oğlu, nəvəsi və nəticəsi müşayiət edirdilər.
Beləcə o, dünyanın ən yaşlı paraşütçüsü olub.
Milli.Az