Qadin.NET / Şimali Koreya yeni raket sınağı keçirib

Şimali Koreya yeni raket sınağı keçirib

Şimali Koreya yeni raket sınağı keçirib

Cənubi Koreyanın yeni prezidentinin vəzifəyə təyin olunmasından bir neçə gün sonra Şimali Koreya daha bir ballistik raket sınağı keçirib.
Yaponiya rəsmiləri raketin Koreya yarımadasının şimal-qərbində yerləşən Kusonqdan buraxıldığını və 2 min kilometr yüksəkliyə qalxdığını bildiriblər.
Cənubi Koreyanın Şimali Koreya ilə əlaqələrini yaxşılaşdırmaq istəyən yeni prezident Moon Jae-in raket sınağını "ehtiyatsız təxribat" adlandırıb.
ABŞ prezidenti Donald Trump Şimali Koreyaya qarşı "daha güclü sanksiyaların" tətbiq edilməsinə çağırıb.
Birləşmiş Millətlər Təşkilatının qadağasına baxmayaraq, Şimali Koreyanın bu il keçirdiyi bir neçə raket sınağı ABŞ-la gərginliyi artırıb və beynəlxalq narahatlığa səbəb olub.
Milli.Az BBC-yə istinadən bildirir ki, keçən ay Şimali Koreyanın iki raket buraxılışı raketlərin çox tez zamanda partlamasına görə uğursuz olub.
Yeni raketin xüsusiyyətləri hələ araşdırılır. Lakin ekspertlər yeni raketin Şimali Koreyanın indiyədək nümayiş etdirdiyi raketlərdən daha uzun məsafələrə uçmağa qabil olduğunu düşünür.
Yaponiyanın Müdafiə Naziri Tomomi İnada raketin 30 dəqiqə uçduqdan sonra Yapon Dənizinə düşdüyünü və yeni bir model olmasına ehtimal olduğunu deyib.
O, raketin 700 kilometr uçduğunu və 2 min kilometr yüksəkliyə qalxdığını bildirib. Bu isə, Şimali Koreyanın fevral ayında keçirdiyi ortamənzilli ballistik raketin çatdığı yüksəklikdən hündürdür.
Reuters agentliyilə danışan ekspertlər yeni raketin azı 4 min kilometr məsafə uça biləcəyini düşündüklərini deyiblər.
ABŞ-ın Sakit Okean hərbi komandanlığı verdiyi bəyanatda yeni raketin araşdırıldığını, lakin onun 6 min kilometrdən çox məsafə uçmağa və bununla da ABŞ-a çatmağa qabiliyyəti olan qitələrarası ballistik raket (İCBM) olmadığını deyib.
Milli.Az

15 may 2017
GO BACK