Qadin.NET / Xarici turistlər bölgələrə axın etməyə başladı

Xarici turistlər bölgələrə axın etməyə başladı

Xarici turistlər bölgələrə axın etməyə başladı

IV İslam Həmrəliyi Oyunları ilə əlaqədar Azərbaycana minlərlə xarici turist gəlib. Onlar təkcə oyunları izləmək üçün yox, həm də istirahət etmək üçün bura üz tutublar. Dincəlmək istəyən turistlərin də əksəriyyəti bölgələrə axın edib.

Xarici turistlər bölgələrə axın etməyə başlayıblar.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, IV İslam Həmrəliyi Oyunları ilə əlaqədar Azərbaycana xeyli turist gəlib. Onlar həm oyunları izləmək, həm də dincəlmək üçün ölkəmizə üz tutublar. Tarixi-mədəniyyət abidələri ilə yanaşı mətbəxi ilə də dünyada tanınan Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur.
Turistlərin İslamiadanı izləməsi üçün "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində lazımi şərait yaradılıb.
Misgərlik sənətinin mərkəzi olan İsmayılının Lahıc qəsəbəsin də turistlərin ən çox axın etdiyi yerlərdəndir.
Dolanbac yolları, döşəmə daşları ilə tarixi özündə əks etdirən Lahıc turistlərin diqqət mərkəzindədir. Demək olar ki, hər ölkədən bura gələn qonaqlar var. Əsasən Türkiyə, Çin, Rusiya və ərəb ölkələrindən gələnlərin sayında artım müşahidə olunur. Qəsəbəyə gələn turistlərin ən çox diqqətini çəkən isə buradakı qədim tikililər, tarixi abidələrdir.
Lahıca gələn turistlər buradan əliboş geri dönmürlər. Süvenirlər və burada hazırlanan milli geyimlər qonaqlar tərəfindn əç çox alınan əl işləri sırasındadır.
Şimal bölgəsinin əsas turizm mərkəzlərindən olan Xaçmazın Nabran qəsəbəsində də mövsümə hazırlıq işləri gedir. İstirahət mərkəzlərində təmir-yeniləmə işləri görülür, çimərliklər tullantılardan təmizlənərək hazır vəziyyətə gətirilir. Qiymətlərdə də endirimlər edilib.
Dəniz kənarında və çimərlik ərazilərdə görünən mal-qaraya gəlincə isə Nabran ərazi icra nümayəndəliyindən bildirildi ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilib.
Göstərişlərə əməl etməyənlər barəsində isə qanun çərçivəsində tədbirlər görüləcək.

Milli.Az

15 may 2017
GO BACK