Qadin.NET / Sumqayıtda evlərin qiyməti kəskin ucuzlaşıb - SƏBƏB

Sumqayıtda evlərin qiyməti kəskin ucuzlaşıb - SƏBƏB

Sumqayıtda evlərin qiyməti kəskin ucuzlaşıb - SƏBƏB

Sumqayıtda bina evlərinin qiymətində kəskin enmə müşahidə olunur.

Mənzillərin alqı -satqısı ilə məşğul olanlar bildirir ki, müştəri qıtlığına görə evlər ucuzlaşıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhər ərazisində mənzillərlə bağlı elanlar olsa da, alıcı tapılmır. Əvvəl 50 min manata təklif edilən mənzili indi 35 minə də tapmaq olar.
Çoxotaqlı mənzillərin də qiyməti düşüb. Səbəb torpaq alıb həyət evi tikmək istəyənlərin çoxalmasıdır.
Ən çox satılan 2 otaqlı evlərin qiymətində də 10 min manata qədər azalma var.
Hazırda Sumqayıt şəhərində 1 otaqlı mənzil 35-40, iki otaqlı 40-50, üç və ya dörd otaqlı mənzillər isə 50-65 min arasında müştərilərə təklif olunur.

Milli.Az

14 may 2017
GO BACK