Azərbaycan cüdoçusu Hidayət Heydərov "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında xalqımıza altıncı qızıl medal sevincini yaşadıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında digər idmançımız Rüstəm Orucov ilə qarşılaşan Hidayət Heydərov qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, bu il Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu"su xüsusi mükafatına da layiq görülüb.
Milli.Az