Bu gün Səbail rayon məhkəməsində Azərbaycanda fəaliyyət göstərən bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə prosesi yekunlaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə qətnamə qəbul edilib və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq Radiosu"nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və "Turan" telekanalı (Turan TV) və "Azərbaycan saatı" teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib.
Nazirliyin müraciətindəki ikinci tələb, yəni bu saytlar sonradan başqa adla fəaliyyət göstərərlərsə, onların da bloklanması tələbi təmin edilməyib.
Milli.Az