Qadin.NET / Dimedrol reseptlə satılmalıdırmı?

Dimedrol reseptlə satılmalıdırmı?

Dimedrol reseptlə satılmalıdırmı?

Tez-tez isrifadə olunan və qiyməti də ucuz olan dimedrolu əvvəllər reseptsiz apteklərdən ala bilirdik. İndi isə bu dərman resept olmadan verilmir.

Milli.Az bildirir ki, apteklər resept məsələsinin gündəmə gəlməsini dimedrolun narkotik kimi istifadə edilməsi ilə izah edir.

Respublika Narkoloji Mərkəzindən isə bildirdilər ki, dimedrol əvvəllər də reseptlə satılıb. Bu narkotik tərkibli dərman deyil. Əsasən yüksək hərarət zamanı istifadə edilir. Lakin mümkündür ki, narkotik istifadəçiləri bu dərmandan yüksək dozada qəbul etsinlər. Çünki qiyməti narkotik maddələrdən çox ucuzdur.

Xatırladaq ki, dimedrol tabletka şəklində 66 qəpiyə, ampulada isə 1 manat 21 qəpiyə satılır. /xezerxeber.az

Milli.Az

13 may 2017
GO BACK