Karneqi-Mellon Universitetinin alimləri elektrik keçirən xüsusi rəngin köməyi ilə istənilən səthi sensor panelə çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Electrick" adlandırılan yeni həllin əsasını elektrik tomoqrafiyasından istifadə təşkil edir. Bu texnologiyanın köməyi ilə istənilən obyekti toxunuşlara həssas etmək və kompüteri elə proqramlaşdırmaq olar ki, bu və ya digər əşyaya toxunuş vaxtı müvafiq funksiyaları yerinə yetirsin.
Dosent Kris Harrisonun sözlərinə görə, bu, ilk hadisədir ki, içərisi rəng dolu balonun köməyi ilə istənilən əşyanı daxiletmə elementinə çevirmək olar.
Milli.Az