Qadin.NET / İnstagram-da yarımçıq YENİLİK

İnstagram-da yarımçıq YENİLİK

İnstagram-da yarımçıq YENİLİK

İnstagram saytın mobil versiyasını yeniləyib. İndi fotoları İnstagram-ın mobil əlavəsi ilə yanaşı, mobil brauzer vasitəsilə də profildə paylaşmaq olar.

Milli.Az The NextWeb-ə istinadən bildirir ki, mobil versiyada istifadəçi yalnız fotonu "kəsə" bilər: filtrlər yoxdur. Bundan başqa, mobil versiya vasitəsilə video yükləmək, "tarixçə" yaratmaq və ya şəxsi mesaj yollamaq mümkün deyil.

İnstagram isə bu yeniliyi "möhtəşəm" sayır: "Yeniliklər insanlara hansı qurğudan istifadə etmələrindən asılı olmayaraq proqram əlavəsi ilə bağlı tam təcrübə əldə etməyə imkan verəcək"

TechCrunch hesab edir ki, yeni mobil versiya inkişaf etməkdə olan dövlətlərdə, habelə internetin zəif olduğu yerlərdə populyar ola bilər.

İnstagram-ın desktop versiyasında heç bir dəyişiklik yoxdur. Bu versiya ilə yalnız lentə və bildirişlərə baxmaq olur.

Milli.Az

11 may 2017
GO BACK