Avstraliyada parlamentin deputatı Larissa Waters ölkə parlamentində ilkə imza atıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, çərşənbə axşamı baş tutan səsverməyə iki aylıq qızı Alia Coy ilə birlikdə qatılıb.
Waters parlamentdə körpəsini əmizdirərək ilkə imza atıb.
Qeyd edək ki, Təmsilçilər Məclisində 2016-cı ildə qəbul edilən yeni qərarla parlamentdə uşaq əmizdirməyə icazə verilməyə başlanıb, amma bu günədək hər hansı bir siyasətçi bu icazədən istifadə etməmişdi.
Milli.Az