Qadin.NET / Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı

Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı

Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı

Cəlilabad rayonu ərazisində qədim dövrə aid daş salnamə aşkar edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Şatırlı kəndindəki meşəlik ərazidə tapılan yazılı nümünə illərdir ki, kimsənin diqqətini cəlb etməyib. Lakin tarixçi Elşad Əmənov  sal daşın üzərindəki işarələri araşdırdıqda məlum olub ki, əslində bu adi daş yox, tarixi eramızdan əvvələ aid olan yazılı nümünədir.

Runik-Türk qrafikası ilə yazılmış daş səlnamə 14 hərf-işarədən ibarətdir.Tarixçinin sözlərinə görə, bu yazı növü 3800 il bundan əvvəl yarınıb və müxtəlif xalqlar öz mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün uzun müddət məhz bu əlfibadan istifadə ediblər. E.Ə V əsrə aid olduğu bildirilən yazılı nümunədən bir neçə yüz metr kənarda qədim yaşayış məskəni mövcuddur.

Daş üzərindəki işarələr səs düzülüşünə görə Mingəçevir abidələri ilə oxşarlıq təşkil edir. Bundan başqa buradakı şərti işarələrə Şimali Qafqaz, Altay ,Urmiya və ön Asiyada da rast gəlinir.

11 may 2017
GO BACK