Qadin.NET / Sarı şam kimi yanan paxistaxis

Sarı şam kimi yanan paxistaxis

Sarı şam kimi yanan paxistaxis

Paxistaxis gülçülükdə XIX əsrdən becərilir, otaq və oranjereyalarda nadir hallarda əkilir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səyyahlar onu Amerikanın tropik meşələrindən Avropaya gətirəndən sonra dünyaya yayılmağa başlayıb."Paxistaxis" yunan dilindən qalın sünbül kimi tərcümə olunur. Otaq şəraitində ən çox sarı paxistaxis becərilir. Geniş yayıldığı isti ölkələrdə onu "qızıl şam" adlandırırlar. İllik temperatur 10 dərəcədən aşağı düşməyən tropik və subtropik iqlimli ölkələrdə bitkidən yaşıllaşdırmada istifadə olunur.

Sarı paxistaxis budaqlanan həmişəyaşıl yarımkol bitkisidir. Təbiətdə hündürlüyü 120 santimetrdən yüksək olmur, dibçəkdə becərilən növləri isə daha alçaq olur. Tünd-yaşıl rəngdə oval formalı uzun yarpaqları var. Ona yaraşıq verən sarı rəngli çiçəkləri iri şamı xatırladır. Paxistaxis iyun ayından başlayaraq payızın axırlarına qədər çiçəkləyir, həmin müddətdə çiçəklər öz rəngini və dekorativ formasını saxlayır. Tropik ölkələrdə isə bitki demək olar ki, ilboyu çiçəkləyir.

Bitki yaz budaması zamanı kəsilən uc qələmələrlə çoxaldılır-yarımağaclaşmış zoğlarından dörd buğum kəsilərək iki buğum torpağa basdırılır, ikisi isə torpağın üstündə qalır. Qələmlər polietilen və ya bankanın altında əkilir, bitiş alınandan sonra polietilen və ya bankanı çıxarırlar.

Milli.Az

11 may 2017
GO BACK