Qoç - bütün məqsədləriniz əldə edilə biləndir. Sadəcə olaraq, taktikanızı dəyişməyiniz, fəndgirlik etməyiniz və heç kimin gözləmədiyi addımı atmağınız lazımdır.
Buğa - şəxsi münasibətlərinizdə ciddi problemlər yarana bilər. Bu, kənardan xırda inciklik kimi görünə bilər. Lakin əslində vəziyyət daha ciddidir. Vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Bunun üçün həqiqətdə nə istədiyiniz barədə düşünməlisiniz. Bundan sonra bu istəklərə necə çatmağı anlamağınız daha asan olacaq.
Əkizlər - həftənin ən çətin günlərindən biridir. Həyat potensialının azalması əhvalınızın pisləşməsinə səbəb olur. Üstəlik, bu gün zəhərlənmə ehtimalı da var. Sağlam qidalara üstünlük verin. Kofe və alkoqollu içkiləri həddindən artıq qəbul etmək məsləhət deyil.
Xərçəng - yaxınlarınızla münasibətləri yoluna qoymaq asan deyil. Mübahisələr üçün səbəb var və siz güzəştlərə həvəsli deyilsiniz. Unutmayın, əgər inad nümayiş etdirsəniz, gec, ya da tez elə bir vəziyyətə düşəcəksiniz ki, bir çıxış yolu qalacaq - üzülüşmək.
Şir - yaradıcılıq işləri və yeni nəsə öyrənməyə imkan verən istənilən məşğuliyyət üçün münasib gündür. Faydalı məlumatlar dərhal mənimsənilir və bununla fəxr edə bilərsiniz. Gün ərzində həyat potensialınız çox yüksək olacaq.
Qız - bu günkü hadisələri əvvəllər həyatınızda baş verənlərlə müqayisə etməyə çalışmayın. Keçmiş barədə nə qədər çox düşünürsünüz, o, müasir həyatınıza bir o qədər çox sirayət edir. Bu isə sizə lazım deyil.
Tərəzi - ilk baxışdan heç nə ilə nəzərə çarpmayan, əsasən, cari işlər üçün münasib olan və zirvələrin fəthinin gözlənilmədiyi gündür. Ünsiyyət dairəsini genişləndirmək, yeni tanışlıqlar qazanmaq istəyirsiniz. Lakin qarşınıza çıxan insanlar sizin üçün o qədər də maraqlı deyillər.
Əqrəb - sizin xüsusilə romantik olduğunuzu demək olmaz. Sizi daha çox dünyəvi və maddi məsələlər maraqlandırır. Lakin bu, cazibədarlığınızı artırır. Bu səbəbdən də sizin qəlbinizi qazanmaq üçün hər şeyə hazır olan insanlarla rastlaşa bilərsiniz.
Oxatan - mənən güclü, çalışqan və enerjili Qoçlar üçün pis gün deyil. Bürcün nümayəndələri təkcə planlarını uğurla həyata keçirməyəcək, həm də ruh yüksəkliyi ilə improvizə edəcəklər. Yaxınlarınızın (xüsusilə valideynlərinizin) dəstəyi sayəsində imkanlarınız genişlənəcək, hədəfə bir cəhdlə çatmaq şansı yaranacaq.
Oğlaq - keçmiş, xüsusilə, düzəldilməsi mümkün olmayan səhvləriniz barədə də həddindən artıq düşünməyin. Bu gün qaranlıq fikirlər əhval-ruhiyyənizə və sağlamlığınıza mənfi təsir edə bilər.
Dolça - gün olduqda qeyri-məhsuldar olacaq. Gələcək barədə düşünməkdə pis heç nə yoxdur. Amma cari işləri də unutmaq olmaz. Məhz cari işlərə olan diqqətsizlik üzündən yeni çətinliklər yaranır.
Balıqlar - kifayət qədər problem qalaqlanıb və onların hamısını həll etməyə çalışmaq lazım gələcək. Təəssüf ki, bu gün çoxları hərəkətlərə yox, arzulara meyillidirlər.
Milli.Az