Qadin.NET / Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz

Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz

Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Ağ Şəhər", "Sahil" parkı və Heydər Əliyev Mərkəzi parkının ərazisində Wi-Fi əhatə dairəsini genişləndirib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İB-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.

Onun sözlərinə görə, simsiz şəbəkənin genişləndirilməsi üzrə işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Bu layihə hazırda Dənizkənarı Milli Park və İçərişəhər ərazisini əhatə edir.

Ödənişsiz şəbəkədən istifadə etmək üçün mobil telefonda "Baku loves you" şəbəkəsini seçmək lazımdır.

Milli.Az

10 may 2017
GO BACK