İndoneziyanın Cakarta şəhərinin meri Basuki Tjahaja islam dinini təhqir etdiyi üçün mühakimə edilib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki,İndoneziyada daha çox Ahok ləqəbi ilə tanınan Cakarta merinin məhkəmə prosesi 5 aya yaxın davam edib.
Nəhayət, bu günlərdə məhkəmə prosesi başa çatıb və hakim Basuki Tjahajaya 2 il müddətinə həbs cəzası verib. Hazırda Cakarta meri bu hökmdən şikayət verməyə hazırlaşır.
Qeyd edək ki, Cakartanın ilk xristian meri olan Basuki Tjahaja 2014-cü ildə vəzifəyə gəlib və 2016-cı ilin sentyabrında Maidə sürəsinin 51-ci ayəsi ilə bağlı verdiyi şərhdə islamı təhqir edib.
O bildirib ki, bəzi qruplar Qurani-Kərimin ayələrinə istinad edərək, xalqdan ona səs verməmələrini istəyib:
"Bu yanaşma insanların axmaq yerinə qoyulması deməkdir".
Milli.Az