Qadin.NET / Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir

Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir

Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib - Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.

Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

Millimizin heyəti:

Adı, soyadı

Klub

Məqsəd İsayev

Neftçi

Ruslan Abışov

Neftçi

Rahil Məmmədov

Neftçi

Fəhmin Muradbəyli

Neftçi

Mirabdulla Abbasov

Sumqayıt

Yusif Nəbiyev

Sumqayıt

Tərlan Əhmədli

Sumqayıt

Azər Salahlı

Sumqayıt

Şahrudin Maqomedaliyev

Qarabağ

Elşən Abdullayev

Qarabağ

Mahir Mədətov

Qarabağ

Coşqun Diniyev

Qarabağ

Ağabala Ramazanov

Qarabağ

Rəşad Sadiqov

Qəbələ

Tellur Mütəllimov

Qəbələ

Elvin Camalov

Qəbələ

Vüqar Mustafayev

Zirə

Adil Nağıyev

Zirə

Sadiq Quliyev

Zirə

Azad Kərimov

Kəpəz

Orxan Əliyev

Kəpəz

Emil Balayev

Səbail

Elnur Cəfərov

Duqopolye (Xorvatiya)

GÜNÜN TƏQVİMİ:

10:30 - 12:30 Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı - Mərakeş
12:30 - 14:30 Qrup oyunu B1 (Əlcəzair - Türkiyə)
16:30 - 18:30 Qrup oyunu B2 (Fələstin - Oman)
18:30 - 20:30 Qrup oyunu A2 (Azərbaycan - Kamerun)

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

Milli.Az

8 may 2017
GO BACK