Qadin.NET / Əfsanəvi aktyor karyerası ilə vidalaşır

Əfsanəvi aktyor karyerası ilə vidalaşır

Əfsanəvi aktyor karyerası ilə vidalaşır

Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa vuracağını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq.

"Bu mənim son filmim olacaq. Mən artlq boksçu kimi lazım lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm", deyə A.Delon bildirib. Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq.

Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, "Asteriks və Obelisk Olimpiya Oyunlarında" filmində çəkilib.

Milli.Az

7 may 2017
GO BACK