"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakıda "Ağ şəhər" ərazisində də pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini genişləndirir.
Milli.Az bildirir ki, bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.
Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz "Wi-Fi" xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.
Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.
Milli.Az